Hələbdə 444 nəfər öldürülüb

0
578

Sentyabrın 19-da Suriyada atəşkəsin başa çatdığını açıqlayan Bəşər Əsəd rejimi və müttəfiqi Rusiyaya məxsus qırıcılar Hələb şəhərini bombalamaqda davam edir.

Türkiyədə dərc olunan “Milliyet” qəzetinin iddia etdiyinə görə, Hələb şəhərinin havadan atəşə tutulması nəticəsində son bir sutkada 85, bir həftədə isə 444 nəfər ölüb.

Verilən məlumata görə, Hələbdə yaralıların sayı 585-ə çatıb.

BIR CAVAB BURAXIN