Bu gün Təlafər bomboşdur. 500 min türkman Türkiyənin güneyinə və İstanbulla Ankaranın arasına gətirilir. Bunu edənlər kimdir? Qəti şəkildə bunun arxasında gizli kəşfiyyat xidmətlərinin olmalarını heç kim inkar edə bilməz. Bunun nəticəsində Kərkükün üzərində baş verənlər hər kəsə bəlli oldu.
Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı beynəlxalq forumda çıxışı zamanı iraqlı deputat Ərşad Rəşad Salihi deyib.
“İraq Kürd Muxtariyyəti birilərinin tapşırığı ilə referendum adı altında görün İraqı hansı duruma gətirəcəkdi. Kərkükün nə olduğu ilə bağlı hər kəs bizə lağ etdi, onsuz da hər kəsə bəllidir ki, Kərkükün altında neft bomba kimidir. Hər kəsin orada gözü var, o torpaq da türkman torpağıdır. Demək ki, hədəf öncədən torpaqlarımızdır, milli kimliyimizdir”, – Salihi vurğulayıb.