Gürcüstanın dövlət himnində “iki dəniz” müəmması – Nəriman Qasımoğlu yazır

0
1080

Nəriman Qasımoğlu

Ilahiyyatçı alim Nəriman Qasımoğlu özünün feysbuk səhifəsində Gürcüstanın dövlət himni ilə bağlı maraqlı status paylaşıb. İlahiyyatçı alimin statusunu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

“Gürcüstanın dövlət himnində bir neçə söz ingiliscəyə hərfi tərcümədə diqqətimi çəkdi:

Today our freedom
Sings to the glory of the future,
The dawn star rises up
And shines out between the two seas.

Bizim dilimizdə də ingiliscədən hərfən tərcüməsi belədir (gürcücəni bilənlər daha dəqiq yaza bilərlər):

Bu gün azadlığımız
Həmd oxuyur gələcəyin şəninə,
Dan ulduzu yüksələr də
iki dəniz arasında bərq vurar.

Deməli, qonşularımız 1918-1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının himni kimi qəbul etdiklərini 2004-cü ildə dəyişiblərmiş. Əvvəlki himnlərində sözlər Tanrıya həmd oxumaqla başlayır, sonra bu alqışlar ünvanlanır “yer üzündə cənnətə”, “işıq saçan İberiyaya”, “qardaşlığa”, “birliyə”, “əbədiyyən yaşayacaq gürcü xalqına” və s.

“İberiya” isə vaxtilə müasir Gürcüstanın şərq hissəsində – qərbdə Kolkis, şərqdə Albaniya, cənubda Armenia ilə sərhədlənən bir ərazidə yerləşmiş Kartli çarlığının tarixi-siyasi ərazisini bildirir (istinad wikipedia məlumatınadır, tarixçilərimiz daha yaxşı bilər).

Gürcülərin birinci himnindəki “İberiya”nın dənizə çıxışı olmayıb. Kolkis çarlığında yaşayanlar da, deyilənə görə, gürcülərin etnogenezində iştirak ediblərmiş, onların ərazisi isə qərbdən Qara dənizlə sərhədlənibmiş.

Yeni himn 2004-cü ildə uğurlarından başı gicəllənən Saakaşvilinin təşəbbüsü ilə qəbul edilib. İndi zəhmət çəkib bu “iki dəniz” məsələsinə özləri aydınlıq gətirsinlər ki, ifadə hansı anlam daşıyır. İlkxeber.org

BIR CAVAB BURAXIN