Gürcüstanın Cavaxeti bölgəsində polislə ermənilər arasında qarşıdurma baş verib

0
566

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.

Sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.

Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb. Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur. Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır. Virtualaz.org

BIR CAVAB BURAXIN