Gürcüstan Avroatlantika məkanı və Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirəcək.
Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili Batumidə keçirilən müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda deyib: “Biz belə hesab edirik ki, NATO-ya üzvlük Gürcüstanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmini üçün qarant rolunu oynayacaq. Gürcüstan bütün bunları nəzərə alaraq NATO və Aİ ilə inteqrasiyanı daha da genişləndirəcək, adı çəkilən qurumun standartlarına uyğun olan bütün islahatları ardıcıllıqla həyata keçirməkdə davam edəcək”.