Gürcüstan ABŞ-dan daha çox silah almaq niyyətindədir və bu məqsədlə müvafiq addımlar atacaq.
Arazinfo.com-un verdiyi məlumata görə, bu barədəTəhlükəsizlik və müdafiə məsələləri üzrə Batumidə keçirilən beynəlxalq konfransdakı çıxışında Gürcüstan Müdafiə naziri Levan İzoriya deyib. O qeyd edib ki, tank əleyhinə “Javelin” sisteminin Gürcüstana verilməsi böyük hadisədir: “Cənab Mettis mənimlə şəxsi söhbətində bildirdi ki, belə silahlar adətən ABŞ-ın etimadını qazanan ölkələrə verilir. Bunu nəzərə alaraq biz ABŞ-dan silah alışını daha da artırmaq niyyətindəyik. Gürcüstanın gələcəyi və təhlükəsizliyi ABŞ-la həm iqtisadi, həm siyasi, həm də hərbi əlaqələrin daha da inkişaf etdirilməsindən asılıdır”.