Günəş enerjisi ilə işləyən təyyarədən 70 saatlıq uçuş

0
652

Günəş batareyaları ilə işləyən “Solar Impulse-2” təyyarəsi bu dəfə  Atlantik okeanını fəth edərək İspaniyanın Sevilya şəhərində eniş edib.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

 

Məlumatda deyilir ki, təyyarə Atlantik okeanının üzərindən ilk uçuşunu 70 saat ərzində başa vurub. Sınaqdan keçən və günəş enerjisi ilə işləyən “Solar Impulse-2” uçuşa iyunun 20-i Nyu-Yorkdan başlayıb. Təyyarəni isveçrəli pilot Bertran Pikap və Andre Borşberq idarə edib.

 

Məlumat üçün bildirək ki, “Solar Impulse-2” İsveçrədə istehsal olunub. Təyyarə qanadlarının uzunluğu 72 metr, çəkisi isə 2,3 ton təşkil edir. Hava gəmisində 17 min günəş akkumulyator batareyası quraşdırılıb, onların əsasında 4 elektrik mühərriki çalışır. Təyyarənin kreyser sürəti saatda 140 km təşkil edir. Hər hansı təyyarə yanacağına ehtiyac duymadan uçan “Solar Impulse 2” günəş enerjisini özündə saxlayaraq gecə vaxtı da uça bilir.

 

Xatırladaq ki, “Solar Impulse 2” təyyarəsi 5 mart 2015-ci il tarixindən dünya turuna başlayıb. Bu təyyarə ilə Andre Borşberq və Bertran Pikap Əbu-Dabi, Oman, Hindistan, Myanma, Çin, Yaponiya, Havay adalarına uçub. Dünya turunu başa vurduğu halda onlar günəş enerjisi ilə uçan təyyarənin ilə ilk təyyarəçiləri olacaq.

 

BIR CAVAB BURAXIN