Gül Ərbakanın partiyasından namizəd olur

0
682

Abdullah Gül prezidentliyə namizədimiz ola bilər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu söyləyib.

“Abdullah Gül dəyərli qardaşımızdır. Əlbəttə, namizəd olma ehtimalı var. Amma hazırda ona “namizədimizdir” demək doğru deyil. Burada iki məsələ var. İlk növbədə onun özü bu məsələdə təşəbbüslə çıxış etməlidir. Digər tərəfdən isə seçilə biləcəyi ilə bağlı proqnoz olmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər Türkiyənin eks-prezidenti Abdullah Güllə Prezident Rəcəb Tayyib Ərdoğan arasında münasibətlər pisləşib. Ərdoğan son çıxışlarında Gülü dəfələrlə tənqid edib. Ekspertlər isə Gülün yenidən prezidentliyə namizəd olmasının Ərdoğan üçün böyük təhdid olduğunu iddia edirlər.




BIR CAVAB BURAXIN