Gülən ABŞ-a xüsusi adamlar çağırdı – 7 gizli maddə

0
640

Türkiyədə hərbi çevrilişə cəhd etmiş Fətullah Güləni mühafizə etmək məqsədi ilə ABŞ-a gedən FETÖ üzvləri haqda maraqlı sənədlər üzə çıxıb.

Sənədlərdə Güləni mühafizə edəcək şəxslərə səyahət zamanı davranış qaydalarına riayət etmələri və özlərini şübhəli aparmamaları ilə bağlı ciddi təlimatların verildiyi qeyd edilib.

Bundan başqa, sözügedən şəxslərin sahib olacağı üstünlüklər də yazılıb:

1. Həmin şəxs FETÖ-ya hələ də sadiq olmalıdır.

2. Səhhətində heç bir problem olmamalı, siqaret çəkməməlidir.

3. Fiziki baxımdan güclü olmalı, çətin mühafizə şərtlərinə dözə bilməlidir. Artıq çəki problemi olanlar arzuolunan deyil.

4. Sirr tutmağı bacarmalıdır. Mühafizə zamanı gördüyü şəxslər, hadisələr haqda yad birinə məlumat verməməlidir.

5. Komanda şəklində işləməyi bacarmalıdır.

6. Hər zaman mədəni, xeyirxah və zərif davranmalıdır.

7. Özünə diqqət etməlidir. Saçlarını, ağzını təmiz saxlamalı, vaxtında duş qəbul etməlidir.

Təlimata görə, Gülənin mühafizəsi üçün seçilən şəxslərin həm özləri, həm də ailələri xüsusi telefondan istifadə edəcəklər. (axar.az)

BIR CAVAB BURAXIN