Gürcüstan, Ukrayna və Moldova birgə parlament Assambleyasının yaradılması barədə razılığa gəliblər. Mediainfo.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, birgə assambleyanın ilk sessiyası oktyabr ayının əvvəllərində Tbilisidə keçiriləcək. Məsələ ilə əlaqədar mətbuata açıqlama verən Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, məqsədimiz 3 ölkə arasında, iqtisadi, siyasi, hərbi və parlamentlərarası əlaqələri daha da dərinləşdirməkdir: “Hər üç ölkənin əsas məqsədi Avropa İttifaqı ilə inteqrasiyanı daha da dərinləşdirməkdir. Biz buna birgə nail olacağıq”. Onun sözlərinə görə ilk sessiyada hər ölkə 10 deputatla təmsil olunacaq.