Koreya tikinti sektorunda dünyada ilk olacaq qeyri-adi layihəyə imza atacaq. Gözə görünməyən binalar tikiləcək.
Publika.az xəbər verir ki, memarlıq şirkəti Seuldan 30 kilometr uzaqlıqda yerləşən beynəlxalq hava limanının yaxınlığında ən son texnologiya və mürəkkəb LED işıqlandırma sistemi ilə işlənmiş gözəgörünməz bina inşa etmək niyyətindədir. Sözügedən layihə üzərində mütəxəssislər tərəfindən bir neçə çertyoj belə çəkilib.
Maraqlı layihənin rəhbəri Çarlz Linin sözlərinə görə, binanın hava limanına yaxın olması və bu günə qədər inşa edilən göydələnlərdən fərqli olması (gözə görünməməsi) təyyarələrin enişinə heç bir təhlükə yaratmayacaq.
Gözəgörünməz bina haqqında yayılan xəbər sosial şəbəkələrdə yüzlərlə insanın diqqqətini çəkib. Layihə rəhbəri deyir ki bu binanın inşası ölkəni turist axınına boğacaq.