Google saxta xəbər yayan saytları bağlayacaq.

0
724

1111

Tbilisidə 22 yaşlı tələbə Beqa Latsabidze bu ilin əvvəlində internetdə pul qazanmaq üçün web sayt yaradıb və qərara gəlib ki, ABŞ-dakı prezident seçkilərinə maraqdan istifadə etsin.O, Hillary Clintondan məqalələr qoyub və reklamların gələcəyini gözləyib.

Latsabidze deyir: “mən bilmədim, niyə? Ancaq bu, işləmədi”.

Ağıllı tələbə olan Latsabidze tezliklə başa düşüb ki, internetdə axını qabağa aparan nədir: Donald Trump haqda yazılar! O başlayıb Trump haqda yarı uydurma, yarı real yazılar qoymağa.

Bunu yazan Nyu York Times bildirir ki, Tbilisidən minlərlə km aralıda olan Kanadanın Vankuver şəhərində John Egan adlı kanadalı eyni müşahidəni edib. Onun satirik saytı var. O öz oxucularını aldatmır, yalan məlumat vermir. Ancaq o da müşahidə edib ki, Trump haqda yazılar əsil “qızıl mədəni”dir.

Onun Trump haqda bir yazısı isə rekord vurdu. Bu yazıda deyilirdi ki,Trump prezident seçkilərini udsa, Barack Obama Kanadaya köçəcək,

Bu məqaləni Latsabidze və digər internet işbazları da öz saytları üçün götürdülər.

Barack Obama xəbərdarlıq edir ki, Facebookda və digər sosial şəbəkələrdə fırlanan saxta siyasi məlumatlar informasiya mühitinə aşınma təhlükəsi yaradır.

Nyu York Times isə yazır ki,bu saxta məlumatları kim istehsal edir? Mövzunu necə qızışdırlar? – əsas sual budur.

Latsabidze deyir ki, onun yeganə məqsədi Google reklamından pul qazanmaqdır. O materialları hər yerdən və olduğu kimi götürür, yalnız başlığını dəyişir. Eganın saytından Obama haqda materialı götürdüyü kimi.

Facebook və Google kimi internet nəhəngləri belə saxta məlumatların yayılmasında öz məsuliyyətlərini etiraf edirlər. Google elan edib ki, saxta xəbər yayan saytları bağlayacaq.

BIR CAVAB BURAXIN