Gizlincə əlavə arvad saxlayanlar cəzalandırılacaq…

0
710
Belə qanun qəbul olunsa, Azərbaycanda vəzifəli, pullu kişilərin çoxundan yaxşı “hesab” yığmaq olar…
Misirin Nümayəndələr Palatasının deputatları yeni vətəndaş kodeksinə gizlin olaraq ikinci arvad saxlayan kişilərə həbs cəzası verilməsini nəzərdə tutan düzəlişləri müzakirə edir.
 “RİA Novosti” bu haqda Misir parlamentinin üzvü Sulaf Dərvişə istinadla xəbər yayıb. Dərvişin sözlərinə görə, yeni kodeksə əsasən, ikinci arvadla evlənən və bilərəkdən bunu brinci xanımından gizlədən kişilər 6 ay müddətinə azadlıqdan məhrum edilməlidir. Eyni zamanda kişinin ilk həyat yoldaşını xəbərdar etməsinə əmin olmadan onun ikinci arvadla nikahını qeydə alan vəzifəli şəxslər də cərimə olunacaq.
Əksər ərəb ölkələrində olduğu kimi, Misirdə də qanunla çoxarvadlılığa icazə verilir. Yerli mətbuatın verdiyi məlumata görə, evli misirli kişilərin təxminən dörd faizi 1-dən çox həyat yoldaşına malikdir. Çox vaxt ikinci arvadlar maliyyə çətinliyi yaşayan dul qadınlar olur.
Hazırda qüvvədə olan qanun ilk həyat yoldaşının razılığını tələb etmir. Lakin ər yenidən evlənmək niyyəti barədə birinci xanımını xəbərdar etməyə borcludur. Amma vicdansız kişilər ikinci nikahı gizlətmək üçün çox vaxt hiylələrə əl atırlar. Dərvişin qeyd etdiyi kimi, təcrübə göstərir ki, bu sahədə müxtəlif növ fırıldaqçılıq mövcuddur. Məsələn, nikah qeyd edilərkən kişilər ilk həyat yoldaşlarının ünvanı kimi başqa yanlış bir ünvan göstərirlər. Bu səbəbdən də göndərilən bildirişlər həmin xanımlara çatmır.
 
P.S. Azərbaycanda çoxarvadlılığa rəsmən icazə verilməsə də, vəzifəli, pullu, hətta ortabab kişilər arasında gizlində nəinki 4, bəlkə də10 məşuqə saxlayanı var. Odur ki, ölkəmizdə gizlin arvad saxlamağa görə cəza nəzərdə tutan qanun qəbul olunsa, yaxşı “hesab” kanalı açılar…
 
Sultan Laçın

BIR CAVAB BURAXIN