Gizlin ailə qurduğu deyilən Gövhər Həsənzadə üzə çıxdı

0
660

Çoxdandır görünməyən əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə tədbirlərin birinə qatılıb.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, bəstəkar ağır depressiya yaşadığı üçün həkim nəzarəti altında müalicə alır. Bir müddət öncə

Türkiyənin məşhur klinikalarının birinə yerləşdirilən G. Həsənzadənin hələ də sağalmadığı deyilir.

Əməkdar artist Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib:“Keçən ilin noyabr ayında atam dünyasını dəyişdi. Həmin ərəfədə ağır stress keçirtdim. Özümə qapıldım, hər an ölümümü gözləyirdim. Dava-dərmanın xeyri olmadı, axırda məni müalicə üçün İstanbula apardılar. Bir müddət xəstəxanada yatdım, müalicə olundum. Amma tam sağalmamışam. İndi də bir neçə ölkənin həkimlərinin nəzarəti altında müalicə alıram. Noyabrın 11-də atamın ili tamamdır, amma mən hələ də özümə gələ bilmirəm. Bu tədbirə də mükafat aldığım üçün gəldim. Xəstəliyimi ancaq yaxınlarım bilir, bu barədə danışdığım ilk jurnalistsiz”.

Bəstəkar bu müddət ərzində efirlərdən də imtina edib:

“Efirlərdən uzağam, hətta buna görə dostlarım məndən inciyib. Onlara elə gəlir ki, sadəcə verilişlərdən imtina edirəm. Əslində, belə deyil. Həkimlər mənə ciddi qadağa qoyub. Həyəcanlanmaq olmaz, əsəb, stresdən uzaq olmalıyam. Müalicə müddətim bitəndən, səhhətimdəki problemlər aradan qalxandan sonra verilişlərə çıxacağam. Hətta bu müddətdə yaradıcılıqla da məşğul olmamışam. Görünməməyim söz-söhbətlərə də rəvac verdi. Elə bilirlər ki, ikinci dəfə ailə qurmuşam və həyat yoldaşım məni sənətdən ayırıb”.

BIR CAVAB BURAXIN