Get sevdiyim, Vətən səni çağırır.
Neçə ildir gözü yolda qalan var.
Torpağının həsrətinə dözməyib,
Son nəfəsi qürbət eldə alan var.
Get sevdiyim…Azad eylə yurdumu,
Uşaqların ahı yerdə qalmasın.
Sən sevindir daha mənim xalqımı
Anaların gözü yaşla dolmasın.
Şəhidlərin ruhu baxıb sevinsin
Azadlığın carçısı ol, sevdiyim.
Mən bilirəm, Vətənimin fəxrisən
Qürurumsan, ay könlümü verdiyim.
Dalğalandır bayrağımı zirvədə,
Qürur duyum hər sorağın gələndə.
Get sevgilim…Yollarını gözlərəm,
Evlənərik sağ-salamat dönəndə.
Esmira Günəş