Gerasimov: “ABŞ bazasında İŞİD terrorçuları hazırlaşır”

0
612

ABŞ Suriyadakı “Ət Tanf” hərbi bazasında İŞİD terrorçularını hazırlayır. Bu barədə Rusiya Silahlı Qüvvələrinin  Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.

“Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb.  Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar”, – deyə general “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.  Gerasimov terrorçularım Suriyanın “Şəddadi” düşərgəsində də olduğunu qeyd edib. Onun sözlərinə görə, oradakı da silahlılar faktiki olaraq İŞİD terrorçularıdır: “Onlarla müəyyən müddət çalışdıqdan sonra, həmin dəstələr “rəngini” və adını dəyişərək,  məsələn “Yeni Suriya Ordusu”na çevrilir.

“Onların vəzifəsi vəziyyəti gərginləşdirməkdir. Biz bilirik ki, Şəddadidən Ət Tənfa bazası istiqamətində 400-dək silahlı gedib . İŞİD-in əsas qüvvələri məhv edildikdən sonra, onlar hücuma keçərək, vəziyyəti gərginləşdirməyə çalışıblar. Lakin itki verərək, geri çəkilməli olublar”, – deyə Gerasimov qeyd edib.

Onun sözlərinə görə, hazırda 750-dək silahlı “Şəddadi” bazasında, 350-dək  isə Ət Tanfa bazasındadır. Apa

BIR CAVAB BURAXIN