“Bu hərbi çevrilişə beşinci cəhddir. O, bəlkə də boğuldu, amma hələ axşam deyil. Hadisələr inkişaf edəcək və mənim fikrimcə, olduqca çətin və dramatik şəkildə. Atatürkün zamanında Türk ordusu həmişə dünyəvi maraqların müdafiəsində çıxış edirdi. Ərdoğan isə ölkəni islamlaşdırdı və hamıyla savaşdı. Hər yerə soxuldu, öz sələfini – Türk imperiyasını bərpa etməyə çalışdı. Amma o imperiya Birinci dünya müharibəsində yanıb, heç kəs onu bərpa etməyi bacarmayacaq”.
Bunu rusiyalı siyayətçi Gennadi Züqanov Rusiya KİV-ə aşıqlamasında deyib.
Onun sözlərinə görə, türk prezidenti kürdlərlə yanaşı, hətta öz patronlarıyla — amerikalılarla belə savaşa girdi: “Orada onların orada min beş yüz əsgər və zabitləri, iyirmiyə yaxın hərbi bazaları var. Ən pisi isə odur ki, barıt qazanını xatırladan, zənnimcə, təxminən 90 nüvə silahı Türkiyənin ərazisində yatır”, – G.Züqanov vurğulayıb.
Daha sonra Züqanov bildirir: “Bizim ora qarışmağımıza ehtiyac yoxdur. Vəziyyət getdikcə kəskinləşəcək, çünki islamçılardan başqa Ərdoğanı ciddi dəstəkləyən yoxdur. Vəziyyəti sabitləşdirmək mümkün olmayacaq. Ölkə vətəndaş müharibəsi vəziyyətindədir. Ordu buna dözməyəcək. Onlarda ordu uzun illər idi tamamilə başqa ənənələrdə tərbiyə olunurdu. Hələ heç kim ölkənin yarısını həbsxanaya salmayıb. Ərdoğan bir siyasətçi kimi özünü bitirdi. O məhkumdur”.