G7 liderlərinin sonsuzluq dərdi

0
775

 

G7 sammitində iştirak edən 7 dövlət başçısından 5-nin bioloji uşağı yoxdur. Arazinfo. com-un “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalist Patrik Martinin “The Washington Post” qəzetində gedən yazısında deyilir. Martin yazır ki, dünyanı idarə edən G7 ölkələrindən Böyük Britaniyanın Baş naziri Meyin, Yaponiya Baş naziri Abenin, İtaliya Baş naziri Centiloninin ümumiyyətlə uşağı yoxdur. Almaniya kansleri Angela Merkelin iki götürmə uşağı, Fransa prezident Makronun isə həyat yoldaşının birinci ərindən 3 uşağı var. G7-lərdən yalnız Kanadanın Baş naziri Tryudonun 3, prezident Trampın isə 5 uşağı var.

“The Washington Post” bunu inkişaf etmiş ölkələrdə doğum səviyyəsinin aşağı olması ilə izah edir. Nəşrin yazdığına görə, Avropanın inkişaf etmiş ölkələrində təbii artıma nail olmaq, doğum səviyyəsini yüksəltmək üçün həyata keçirilən güzəştli tədbirlərə baxmayaraq bu sahədə ciddi irəliləyişlərə nail olmaq mümkün olmayıb. Avropa ölkələrində əhalinin sayının azalmasının qarşısını yalnız miqrantlar ala bilib. “The Washington Post” bununla bağlı G7 üzvü olmayan Türkiyə prezidenti Ərdoğanın Avropada yaşayan türklərə müraciətini xatırladır: “Siz 3 deyil, beş uşaq sahibi olun. Ona görə ki, siz Avropanın gələcəyisiniz”.

BIR CAVAB BURAXIN