Gənclərin ali məktəblərə daxil olma şansları artır

0
718


 

Nazirliyin təklifinin qəbul olunması gənclərin ali məktəbə daxil olmaq şansını artırır”.

Bunu Şərq.az-a tələbələrin bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul olunması haqqında Təhsil Nazirliyinin təklifini şərh edərkən, təhsil eksperti Şahlar Əsgərov deyib.

O bildirib ki, nə qədər çox gənc ali məktəbdə təhsil alsa, o qədər yaxşıdır:

“Çünki universitetlər mədəni mühitdir. Həmin tələbələr də mədəni mühitdən keçir. Abituriyentlərin şəxsiyyət kimi formalaşmasında universitetlər böyük rol oynayacaq, onlar düşünüb ixtisas seçəcək, ali savad əldə edəcəklər. Təklifə əsasən qəbulun ödənişli müəyyən olunması daha yaxşıdır. Düşünün ki, bir abituriyentin atası Azərbaycandan kənarda ticarətlə məşğuldur, pul qazanır. Amma ata nəzarəti olmadığına görə uşaq zəif oxuyub. O zaman valideyn müəyyən vəsait qoymaqla övladının itirilmiş biliyini bərpa edə bilər. Bununla artıq təhsilə investisiya qoyulması, pulun biliyə çevrilməsi baş verəcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Nazirlər Kabinetinə göndərdiyi təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.

 

BIR CAVAB BURAXIN