Gənclər siyasəti

0
1362

Gənclər siyasəti

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq ortaya çıxır. Bu tələblərin yerinə yetirilməsi məqsədilə Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan gənclərinə diqqət və qayğı göstərir, daim onların problemləri ilə maraqlanırdı. Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin “Gəncləri günü” kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir. Ümumilli lider Heydər Əliyev uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hər zaman gənclərimizə diqqət və qayğı göstərir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Bu yüksək münasibətə cavab kimi Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan respublikası naminə bütün güclərini səfərbər edir, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova