Futzal həvəskarlarının nəzərinə !
Qanunla.Az xəbər verir ki, Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər günü” münasibətilə 01.11.2022-ci il tarixdə saat 15:00-dan etibarən Zərdab şəhər 1 saylı məktəb liseyin idman zalında həvəskarlar arasında futzal idman növü üzrə rayon birinciliyinə start veriləcək.
Rayon birinciliyində iştirak etmək arzusunda olan komandaların nəzərinə!
Qeydiyyat 27 oktyabr 2022-ci il tarixədək davam edəcək. Qeydiyyatdan keçmək üçün komandalar, komanda üzvlərinin sağlamlıq müayinəsindən keçməsini təsdiqləyən həkim imzası və möhürü olmaqla sifariş vərəqəsini Zərdab rayon Gənclər və İdman idarəsinə təqdim etməlidirlər.
Qeydiyyat üçün əlaqə :
+994 (50) 480 59 53