Futbol ulduzlarının qəribə vərdişləri

0
700


Arazinfo.com Moderator.az-a istinadən dünya futbol tarixinə adlarını yazdıran bir neçə ulduz futbolçunun qəribə vərdişləri haqqında yazını təqdim edir:
Argenitinalı ulduz Leonel Messi hər oyundan əvvəl uşaqlıq vərdişindən əl çəkməyərək çoxlu “jelibon” yeyir;
Onun komanda yoldaşı Jordi Alba isə ailəsi tərəfindən qırılmaz bir vərdişin içindədir. Belə ki, Jordi Albanı hələ də məşqlərə atası aparıb-gətirir.
“Milan”ın və İtaliya millisinin sabiq  müdafiəçisi Alessandro Nestanında xəstəlik səviyyəsində bir vərdişi var. O, dayanmadan saatlarla  “pleysteyşn” oynadıyır. Buna  görə bir dəfə barmağını zədələyib. Hətta əməliyata da ehtiyac olub;
Nestanın millidəki komanda yoldaşı, A.Pirlo da eyni zərərli vərdişdən əziyyət çəkib. Sabiq futbolçu bu aludəçiliyinə görə, məşqlərdə də müntəzəm gecikərmiş;
Rusiya millisinin aparıcı futbolçusu  Andrey Arşavin moda ilə peşəkar səviyyədə məşğul olur. Onun modaya aid 3 kitabı da var;
Zəngin italyan ailəsində ərköyün böyüdülmüş Mario Balotelli“Mançestr Siti”də oynadığı zaman avtomobilini düzgün park etmək vərdişinə alışa bilməyib. Təkcə bu səbəbdən üstə-üstə 10 000 funt-sterliq məbləğində cəzalanıb;
Bu il koryerasını bitirən dünya çempionu braziliyalı Kaka əsasən, xrsitiyan inancının güclülüyünə görə hər zaman fərqlənib. Bu səbəbdən də, gəlirinin bir hissəsini müntəzəm olaraq kilsələrə bağışlayıb.

BIR CAVAB BURAXIN