Fuad Poladov hər kəslə əlaqəni kəsdi

0
709

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq artisti, sevilən və dəyərli aktyor Fuad Poladov bütün ətrafı ilə əlaqəni kəsib, heç kəslə danışmır və görüşmür.

Bu barədə Kult.az-a xalq artistinin sənət yoldaşları məlumat verib. Bildirilib ki, xalq artisti artıq heç kəslə əlaqə saxlamır, ona gələn zənglərə cavab vermir, hətta yanına gələn dostları ilə də görüşməyə razı olmur.

Xalq artistinin 1989-cu ildən çalışdığı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi F.Poladovla nə əlaqə yarada, nə də görüşə bilib. Məlumata görə, hətta aktyor ailə üzvlərinə də heç kəsi qəbul etməməyi tapşırıb.

“Aktrisa” filmində F.Poladovla tərəf müqabili olan əməkdar artist İlham Hüseynovun sözlərinə görə, dostları onunla sonuncu dəfə 2 ay öncə danışa bilib.

F.Poladovun yaxın dostu, xalq artisti Rasim Balayev də bir müddət öncə Fuad Poladovun onun zənglərinə cavab vermədiyini bildirmişdi.

Xatırladaq ki, xalq artisti Fuad Poladov onkoloji xəstəlikdən əziyyət çəkir. Aktyorun səs tellərində problem yaranıb. Hazırda aktyor evdə müalicə alır.

BIR CAVAB BURAXIN