Fransanın daxili işlər naziri Qarabağda nə gəzirdi…

0
693
 11

Fransada yeni baş nazir Bernar Kaznyov hakim sosialistlər fraksiyasından deputat Bryuno le Runu daxili işlər naziri təyin edib.

Fransada keçmiş daxili işlər naziri, prezidentliyə namizədliyini irəli sürmək üçün vəzifəsindən istefa verən baş nazir Manyuel Valsın yerini tutan Bernar Kaznyovun formalaşdırdığı yeni hökumətdə daxili işlər naziri postunu tutan le Ru ermənilərin adamıdır. Bryuno le Ru dəfələrlə Ermənistanda və Azərbaycanın işğal altındakı ərazilərində səfərdə olub.

“Ay Data” Fransa Komitəsinin rəhbəri Arut Mardirosyan onun daxili işlər naziri təyin edilməsi ilə bağlı bəyanatla çıxış edib və bildirib ki, Bryuno le Ru uzun illərdir erməni problemlərinin gündəmə gətirilməsi və həll edilməsi istiqamətində böyük səylər göstərib. “Biz onunla birlikdə dəfələrlə Ermənistana və Dağlıq Qarabağa səfərlər etmişik”-Mardirosyan bildirir.

Bryuno le Ru Fransa parlamentində “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu üçün çalışanlardan biridir. Sonuncu dəfə o, ötən il Dağlıq Qarabağda olub, qondarma rejimin “müstəqilliyinin 25 illiyinin” bayram edilməsində iştirak edib.

O zaman Azərbaycan XİN Fransa parlamentinin üzvlərinin Qarabağa qanunsuz səfərlərinə görə bu ölkəyə etiraz notası verib. Lakin məhz Bryuno le Runun Azərbaycan XİN-in Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin daxil olduğu “qara siyahısında” yer aldığını dəqiqləşdirmək mümkün olmayıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN