Fransanı ayağa qaldıran uğursuz – Zarafat

0
648

Fransanın Reyms şəhərində dəmiryolu vağzalı boşaldılıb.

Buna səbəb Parisə gedən qatarın vaqonunda sərnişinlərdən birinin vaxtı soruşan digər sərnişinə “hələ partlayışa qədər vaxt var” deməsi səbəb olub. Qatarın sərnişinləri bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Partlayış anonsu verən şəxs saxlanılıb və sorğu-suala tutulub.

Eyni zamanda vağzaldan insanlar təcili təxliyə edilib, qatarların hərəkəti dayandırılıb. Şəhər vağzalının ərazisində partlayıcı qurğunun olub-olmaması yoxlanılıb. Hüquq-mühafizə orqanları bu sözlərin uğursuz zarafat olduğunu bildiriblər. Teleqraf.com

BIR CAVAB BURAXIN