Fransalı alim türkləri qətlə yetirən erməni terrorçuya qarşı

0
635

Fransalı tarixçi Maksim Qauin ASALA terrorçusu Ara Toranyan və erməni diasporunun Lyon bölgəsindəki xəzinədarı Samuel Tilbiyana qarşı məhkəmə iddiası qaldırıb.

AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, Qauin daha əvvəl türk diplomatlara qarşı hücumlarda adı çəkilən Toranyanla və erməni diasporunun Lyon bölgəsindəki xəzinədarı olan Samuel Tilbiyanın onu təhqir və təhdid etdiyini bildirib.

Fransada qatı millətçi ermənilər tərəfindən təhdid edildiyini deyən Qauin 2011-ci ildən indiyədək Türkiyənin Orta Doğu Texnik Universitetində doktorantura oxuduğunu bəyan edib:

“Fransadakı təzyiqlər nəticəsində Türkiyəyə gəlmək məcburiyyətində qaldım. “Soyqırım”la bağlı türk tezislərinin haqlı olduğunu gördükcə, bunu hər yerdə dilə gətirməyə başladım. Bu vəziyyət qatı erməni millətçilərini narahat etməyə başladı. Əski ASALA üzvünün təhdid və tənqirləri ilə bağlı Fransa məhkəməsinə müraciət etməyə qərar verdim. Daha öncə iki məhkəmə prosesini qazandım”.

BIR CAVAB BURAXIN