Fransada rusiyapərəst siyasətçi prezidentliyə real namizəd sayılır

0
615

11

Fransanın “Respublikaçılar” partiyasında prezidentliyə namizədlik uğrunda seçkinin birinci mərhələsində keçmiş baş nazir Fransua Fiyon (Francois Fillon) qalib gəlib.

O, 42- faizdən artıq, keçmiş baş nazir Allen Jyuppe (Alain Juppe) 26, keçmiş prezident Nicolas Sarkozy isə 24 faizdən bir qədər artıq səs toplayıb.

Seçkinin ikinci mərhələsi noyabrın 27-də keçiriləcək.

Fransua Fiyon kinci mərhələdə favorit hesab olunur.

Fiyonla Sarkozy Rusiya ilə sıx münasibətlərin, ona qarşı beynəlxalq sanksiyaların götürülməsinin tərəfdarıdırlar.

Keçmiş baş nazir və Bordonun keçmiş meri Allen Jyuppe isə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və Minsk sülh razılaşmasını tam yerinə yetirməyə çağırır.

O, həmçinin Hələbin bombalanmasını hərbi ciyət sayır.

Seçkinin ikinci mərhələsində qalib gələn namizəd 2017-ci ildə keçiriləcək prezidemt seçkisində sağşı mühavizəkarların lideri Marin Le Penlə mübarizə aparacaq.

Keçmiş prezident Nicolas Sarkozy məğlubiyyətədn sonra birdəfəlik siyasətdən getdiyini və qalan həyatını ailəsinə həsr edəcəyini bəyan edib.

BIR CAVAB BURAXIN