Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.
APA-nın verdiyi məlumata görə, hadisə Marsel şəhərində baş verib.
Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.
Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb.