Fransa Rusiyanı Donbasda vəziyyəti gərginləşdirməməyə çağırdı

0
540

Fransa Donbasda noyabr ayının 11-də keçiriləcək seçkilərin əleyhinə çıxır və və Rusiyanı bölgədə vəziyyəti gərginləşdirməməyə çağırır.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi bildirib. Fransa Donbasda keçiriləcək seçkiləri Ukraynanın müstəqilliyinə qəsd kimi dəyərləndirir və bunu  beynəlxalq səviyyədə tanınan sərhədlərin zorla dəyişdirilməsi cəhdi hesab edir. Qeyd edilib ki, Fransa Donbas seçkilərinin nəticələrini tanımayacaq və bunu bölgədə vəziyyətin daha daha da gərginləşdirilməsi cəhdi kimi qəbul edəcək.

 

 

BIR CAVAB BURAXIN