Frans-futbol” Qızıl top”u Modriçə verdi

0
575

“Qızıl top”un bu ilki yeni sahibi məlum olub.

Mediainfo.az-a-ın verdiyi xəbərə görə, bu dəfə”Frans Futbol” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatı Luka Modriçə nəsib olub. Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç bununla da futbol karyerası dövründə ən böyük uğuruna imza atıb. Ona bu mükafatın verilməsində və ilin ən güclüsü seçilməsində  2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olması da önəmli rol oynayıb.

Xatırladaq ki, Luka Modriş əvvəllər  FİFA tərəfindən təsis edilən  “The Best” mükafatını alıb, həmçinin və UEFA tərəfindən mövsümün futbolçusu elan edilib. Luka Modriçin bu mükafatı alması beynəlxalq futbol mütəxəssisləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər tanınmış mütəxəssislər belə hesab edirlər ki, Ronaldo və Messi həmişəki kimi dünyanən ən güclü futbolçusu olaraq qalmaqda davam edirlər. Modriçə bu mükafat daha çox futbolda digər istedadları üzə çıxarmaq məqsədi ilə verilib.

Qeyd edək ki, Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappeyə isə  nüfuzlu fransız nəşri tərəfindən ən yaxşı və ən gənc futbolçu üçün təyin edilən mükafat verilib.