Finlandiyalı cərrah: “Mən çatanda Kərimov artıq ölmüşdü…

0
675

Finlandiyadan olan məşhur neyrocərrah Yuha Hernesniemi Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun müalicəsi üçün xaricdən təcili çağırılan həkimlərdən biridir.

Cərrah yle.fi portalına açıqlamasında İslam Kərimovun insult keçirəndən sonrakı vəziyyəindən danışıb. Bildirib ki, o, Daşkəndə çatanda pasiyent artıq keçinmişdi.

Yuha Hernesniemi dünyada baş beyin arteriyalarının anervirizmi üzrə məşhur cərrahdır. O, karyerası boyu 70 minə yaxın pasiyenti müalicə edib. Cərrahın bildirdiyinə görə, onu İslam Kərimovu müayinə etməyə Qazaxıstandan olan alim təcili dəvət etmişdi. Avqustun 27-də, şənbə günü həmin alim Yuhe Hernesniemiyə zəng edib və bildirib ki, onu Özbəkistanda gözləyirlər. Çünki prezident İslam Kərimov insult keçirib və xəstəxanadadır.

“Mən xaricdə çox əməliyyat keçirmişəm və bu xahişdə qeyri-adi heç nə yox idi. Mənim ardımca Helsinkiyə özəl təyyarə gəldi və biz Almaniya üzərindən Özbəkistana uçduq”-cərrah danışır.

Finlandiyalı həkimin bildirdiyinə görə onunla birgə Özbəkistana Almaniya və Rusiyadan da həkimlər getmişdi. Hernesniemi deyib ki, o Özbəkistana çatanda prezident üçün artıq hər şey bitmişdi.

“Əməliyyatın heç bir mənası yox idi və mən müalicənin davam etdirilməsinin mənasız olduğunu bildirdim. Pasiyent faktiki olaraq ölmüşdü, bu, beyin ölümü idi. Həkim-mütəxəssislər qrupu öz rəylərini bildirdilər, bundan sonra hakimiyyətdə oyun başladı”-cərrah deyib.

Nəşr dəqiqləşdirir ki, oyun deyəndə cərrah beyin ölümü keçirmiş pasiyentin süni tənəffüs aparatına qoşulmasını və onun ölümünün bir müddət elan edilməməsini nəzərdə tutur. Belə praktikadan İsrailin keçmiş baş naziri Ariel Şarona və ispan diktatoru Fransisko Frankoya münasibətdə istifadə olunub.

Virtualaz.org

BIR CAVAB BURAXIN