FİFA Dieqo Maradona ilə əməkdaşlığa son qoyub

0
579

FIFA Rusiyadakı dünya çempionatının oyunlarında iştirak edən Argentina milli komandasının sabiq futbolçusu Dieqo Maradona ilə əməkdaşlığa son qoyub.

“Report”un “Diariocorreo.pe”yə istinadən verdiyi məlumata görə, səbəb 58 yaşlı əfsanəvi hücumçunun III turun Argentina – Nigeriya matçındakı (2:1) davranışıdır. Maradona Nigeriyanın bərabərlik qolunun ardından azarkeşlərin üstünə qışqırıb, həmyerlilərinin qələbə topunu vurmasından sonra isə kiməsə orta barmağını göstərib.

Ali futbol qurumu ulduz futbolçudan davranışlarını yaxşılaşdırmağı xahiş edib, əks halda, onu DÇ-2018-in oyunlarının keçirildiyi stadionlara girişinə qadağa qoyacağı ilə hədələyib.

Qeyd edək ki, FİFA-nın Dieqo Maradonaya dünya çempionatında baş çəkdiyi hər oyun qarşılığında 10 min funt sterlinq (11,3 min avro) ödədiyi bildirilir.

BIR CAVAB BURAXIN