“Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata ciddi təsir etməyəcək”.
Arazinfo.com-un məlumatına görə bu barədə Azvision-a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, hazırda manata təsir edən amillər müsbətdir:
“Neftin qiyməti 60-65 dollar səviyyəsindədir. Azərbaycanda ticarətdə müsbət saldo var, ixrac idxalı üstələyib. Həmçinin Azərbaycan Mərkəzi Bankı pul kütləsinə çox ciddi nəzarət edir. Bunlar hamısı manatın qorunub saxlanması üçün şərait yaradır. Üzən məzənnə rejimi olsa da, Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamağa çalışır. Ola bilər ki, kiçik psixoloji təsirlər olsun. Amma bu artımın Azərbaycan manatına ciddi təsiri olmayacaq”.
Qeyd edək ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini artırıb. FES-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin yaydığı məlumata görə, uçot dərəcəsi 0,25% – 1,25% səviyyəsindən 1,50%-dək artırılıb.