Fazil Məmmədovun qudalarına ərizə yazdırdılar

0
616
 
Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovla bağlı A24.az yeni məlumatlar əldə edib.
Belə ki, sabiq nazirin kadrlarına da yol görünüb.
Artıq Məmmədovun müavini, həm də qudası Namiq Əliyev iki gündür  ki, işə çıxmır.
Vergilər nazirinin müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən  Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü  olaraq ərizəsini yazıb.
Nazirin başqa bir müşaviri, eyni zamanda nazirin qudası Firuz Həsənov da oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.
Sabiq nazir özü  isə hazırda “Yeni Həyat” yaşayış kompleksinə yerləşən ofisində qərarlaşıb.
Bundan başqa, nazirin əlində olan digər böyük obyektlər – Cote d’ Azur, 20 Yanvar tərəfdə  yerləşən silsilə yaşayış binalarının da ona aid olduğu üzə çıxıb.

BIR CAVAB BURAXIN