“Fahişələri dəyişməklə fahişəxana dəyişməz” – Abramyanın istefasına şərh

0
636

Ermənistanın hakim Respublika partiyası İrəvanın keçmiş meri Karen Karapetyanın Baş nazir postuna namizədliyini təsdiqləyib.

Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan məlumat verib.

Əvvəlki Baş nazir Ovik Abramyan bu gün hökumətin iclasında istefa qərarını açıqlayıb.

Bu arada Ermənistanın hüquq müdafiəçilərindən Artur Sakunts 1in.am saytına verdiyi müsahibədə Ovik Abramyanın istefası ilə dəyişən bir şey olmayacağını bildirib.

“Fahişələri dəyişməklə fahişəxana dəyişməz. Onun gəlirləri olduğu kimi qalacaq”, deyə Sakunts Ermənistandakı siyasi sistemi belə təsvir edib.

Politoloq Akop Badalyanın fikrincə isə Ovik Abramyan heç bir işlə yadda qalmayan, texniki baş nazir olub: “Əhalinin ümumi narazılığı fonunda bu cür kadr dəyişikliklərinin həyata keçirilməsi Ermənistan kimi ölkələrdə normal sayılmalıdır”, deyə, Badalyan mətbuata bildirib.

Modern.az

BIR CAVAB BURAXIN