Fələstin xüsusi xidmət orqanları əməkdaşları HAMAS tərfədarlarını həbs edib

0
563

Fələstin muxtariyyatı xüsusi xidmət orqanları əməkdaşları ötən gecə İudey və Samariya şəhərlərində HAMAS üzvlərinə qarşı reydlər keçiriblər.

Mediainfo.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, reydlər zamanı 100-dən artıq HAMAS tərəfdarı həbs edilib. Həbslərə səbəb HAMAS tərəfdarlarının Mahmud Abbas rejiminə qarşı etiraz aksiyaları keçirməyə hazırlaşması olub. HAMAS rəhbərləri öz növbəsində Mahmud Abbası Qəzzəyə münasibətdə qərəzli mövqe tutmaqda və oradakı əhaliyə qarşı bəzi sərt tədbirlər həyata keçirməkdə günahlandırıblar.

 

 

 

BIR CAVAB BURAXIN