Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hakim FƏTH hərəkatının yüksək vəzifəli nümayəndəsi Cəbril Rəcib bildirib.
Qeyd edək ki, Maykl Pens dekabrda İsrail və Fələstinə səfər etməyi planlaşdırır.