Serbiyada yayımlanan “Big brother” yarışmasında efirdə verilən görüntülər qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, realiti şouda Milutin Radosavljevic adlı şəxs xanım iştirakçı Mirela Lapanovic ilə milyonların gözləri qarşısında sevişib.
Həmin görüntülərin efirə yayılması ölkə gündəmini zəbt edib. Həmçinin, Mirela Lapanovicub evli olduğu ortaya çıxıb. Onun həyat yoldaşı Andray Laharnar mətbuata açıqlama verib. O, Milutinin həyat yoldaşına təcavüz etdiyini iddia edib. Andrey xanımına narkotik maddə verildiyini deyərək onu müdafiə edib. Mirellanın əri deyib ki, həmin hadisəni proqramın prodüserləri gizlətməyə çalışır.
Mirela Lapanovic və TV programının prodüserləri ittihamları yalanlamayıb. Bildirilib ki, Mirela narkotik maddənin təsirində olub.