Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər

0
1382

Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər

10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar: “Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu  dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə  üz-üzə qaldığını görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi  coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən başda Suriyadan gətirilmiş ermənilər olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Bu gün onların  torpaqlarımızı boşaldarkən  törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmır. Çünki 28 ildən artıq dövrdə biz bəzi dünya gücləri tərəfindən tətbiq edilən  ikili siyasətin acı nəticələrini yaşamışıq. İşğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, sivil dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda  Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırdı. Bir daha sübut olundu ki,  beynəlxalq münasibətlərdə güc və hüquq anlyışları əsasdır.

Zabuxun və Susun boşaldılması fonunda yaşanan vandallıq onu deməyə əsas verir ki, ermənilər yüzilliklər keçsə də belə xislətlərini dəyişmək niyyətində deyillər. Düşmən belə bir reallığı qəbul etmək istəmirdi ki, qanunsuz məskunlaşmış ermənilər günlərin birində hökmən Azərbaycan torpaqlarını tərk etməli olacaqlar. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına sözügedən müsahibəsində bu məsələyə də münasibətini bildirərək vurğulamışdır ki, avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə zəbt edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc