Animal planet (heyvan planeti) adlı kanalda yayımlanan proqram, 2002-ci ildə həyatını itirən Ronald Huffun ölümünü bir daha gündəmə gətirib.
Vaxtilə hərbiçi olmuş Ronald Huff, tək yaşadığı evdə nəhəng kərtənkələlər saxlayırdı. 42 yaşında olan Huff, kərtənkələlər üçün ən ideal şərait yaratmışdı. Evdə rahat gəzsinlər deyə temperatur 25 dərəcədə saxlayırdı.
Ətyeyən kərtənkələlərini kiçik heyvanlarla bəsləyirdi.
Bir gün Ronald Huff işə getməyib və dostları da onunla əlaqə saxlaya bilməyincə polisə xəbər verirlər.
Evinə gedən polislər əvvəlcə qapını döyüblər, açan olmayıb. İçəridən isə səslər gəlirdi. Qapını qırıb içəri girən polislər, həyatlarının şokunu yaşayıblar. Ronald Huff qanlar içində yerdə yatarkən, ağzı qana bulaşmış kərkənkələlər evdə dolaşırdı. Polislər onları çətinliklə də olsa, yaxalaya bilirlər. Ronald Huffun cəsədi araşdırıldıqda isə onun kərtənkələlər tərəfindən yeyildiyi ortaya çıxıb. Lakin heyvanların onu öldükdən sonra, yaxud öldürüb yediklərini aydınlaşdırmaq mümkün olmadı. Onun tükürpədən ölümü hələ də sirr olaraq qalır.