ABŞ-ın Darmut kollecinin araşdırmaçılarından ibarət qrupu bir neçə otaqdan ibarət məkanda Wi-Fi siqnalının gücünü və sürətini necə idarə etməyin yolunu tapıb.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, alimlər qeyd edirlər ki, hazırda problemi Wi-Fi-ya istiqamətlənmiş antennanın köməkliyi ilə həll etmək mümkündür, lakin bu cür qurğular bahadır və istifadəsi çətindir. Bununla əlaqədar araşdırmaçılar ev şəraitində öz əlləri ilə düzəltməyin mümkün olduğu cihaz hazırlamaq vəzifəsini qarşılarına məqsəd qoyublar.
Araşdırmada vurğulanır ki, bir istiqamətdə siqnalı gücləndirmək üçün routerin arxasına alüminium plastin (lövhə), məsələn kəsilmiş qazlı su bankası qoymaq lazımdır. Bu cür reflektoru modernləşdirmək məqsədilə alimlər kompüter alqoritmi yazıblar. Alqoritm məkanın parametrlərini, Wi-Fi-ya giriş nöqtələrinin yerlərini və siqnalın arzu edilən istiqamətini nəzərə almağa imkan verir. Bu tənzimləmələr əsasında texnologiya yarım saat ərzində reflektor üçün optimal formanı hesablayır və 3D-printerdə çap edir.
Dartmut kollecinin dosenti Sya Çju bildirib ki, istifadəçi təmzimlələri nəzərə almaqla yaradılmış simsiz reflektor 35 dollara başa gələcək: “Qurğu min dollar dəyərində antennanı sıxışdırıb çıxara bilər”. Reflektforlarla aparılan sınaqlar göstərib ki, texnologiya siqnalı arzuolunmaz yerlərdə 10 desibel zəiflədə və lazımi nöqtədə isə 6 desibel gücləndirə bilir.