“Eurovision”da şalvarını soyunan şəxs danışdı

0
673

“Eurovision 2017” mahnı müsabiqəsində ötənilki Ukrayna qalibi Camalanın çıxışı zamanı şalvarını soyunaraq arxasını göstərən jurnalist Vitali Sedyuk ifadə verib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ukraynalı jurnalist bu hərəkəti ilə Camalaya yaxşılıq etmək istədiyini bildirib.

 

O, məqsədinin yarışmada təhlükəsiz xidmətinin zəifliyini ortaya qoymaq olduğunu iddia edərək söyləyib:

 

“Birdən mənim yerimə səhnəyə əlində bıçaqla başqa biri çıxsaydı, o zaman nə olardı? Mən təhlükəsizliyin zəif olduğunu göstərmiş oldum”.

 

Qeyd edək ki, “Eurovision 2017”nin final günü Camala səhnədə mahnı ifa edərkən V.Sedyuk Avstraliya bayrağı ilə səhnəyə çıxıb və şalvarını aşağı çəkərək arxasını göstərib.

 

Ukraynanın Daxili İşlər naziri Arsen Avakonun verdiyi məlumata əsasən, Vitali Sedyuk dərhal saxlanılıb. İlkin olaraq 72 saat müddətinə həbs olunan jurnalisti xuliqanlıq maddəsi ilə cərimədən 5 il müddətinə azadlıqdan məhrum olunma gözləyir.

 

Xatırladaq ki, Sedyuk qəribə hərəkətləri ilə tanınır. Bundan əvvəl o, canlı efirdə Uill Smiti öpmək, Madonnaya gül verməyə çalışıb, 2013-cü ildə “Grammy” mükafatını Adelin əvəzinə almaq üçün onun imicində səhnəyə çıxıb.

 

 

BIR CAVAB BURAXIN