Esra Erolun ağlaması tənqid edildi: “Hər gün 100 min qazanırsınız”

0
758

Esra Erolun ağlaması tənqid edildi: "Hər gün 100 min qazanırsınız"

 

Türkiyədə evlilik proqramlarının qanuni şəkildə bağlanacağı deyildikdən sonra aparıcı Esra Erol efirdə “Mən də bezmişəm. Bu şər-böhtanla yaşaya bilmərəm” demişdi.

Axşam.az-ın məlumarına görə, “Hürriyet” qəzetinin yazarı Cengiz Semercioğlu Esranı sərt tənqid edən yazı yazıb. O, qeyd edib:

“Esra Erol sevdiyim və proqramlarına verdiyi zəhməti hər zaman alqışladığım bir dostumdur. Amma hər dəfə “Mən bu proqramı tərk edəcəyəm. Bu çirkabıb içində yer ala bilmərəm” kimi açıqlamaları artıq inandırıcılığını itirdi. Fox TV-də olduğundan bəri evlilik proqramı etməyəcəyini deyir, hətta dəyişiklik də etmişdi. Amma gördü ki, alınmır, yenidən sərt şəkildə evlilik verilişi təşkil etdi. Hətta ATV-yə keçdi. İstəmirsənsə, etmə, Esra. Kimsə sənə bunu silah gücü ilə gördürmür. Bu qədər nifrət edirsənsə işindən, kaş ki, mövsümün əvvəlində müqaviləni artırmasaydın, “Mən bu işi görmək istəmirəm” desəydin.

Gündəlik 80-100 min lirə qazanırsınız, sonra da durub “Bu işi görməyəcəyəm, yaşaya bilmərəm” falan deyirsiniz. Ya işi burax, ya da səssiz qal”.

BIR CAVAB BURAXIN