Ermənistan işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə zonasına qızlar göndərir.
Göndərilən qızlar əsgərlərin əhval-ruhiyyəsini qaldırmağa xidmət edirlər.
Ermənistan mediasının məlumatına görə, cəbhəyə göndərilən qrupu “komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan təşkil edib.
Tadevosyan da bildirib ki, cəbhəyə yeni qrup yollayır: “Bu qrupa Anait Martirosyan adlı qadın başçılıq edir. Onlar əsgərlərlə söhbət edəcək, onların əhval-ruhiyyəsini yüksəldəcəklər. Məqsədimiz əsgərləri ruhlandırmaqdır”.publika.az