Ermənistanda silahlı çevriliş cəhdi: Səfilyanın evində və ofisində axtarışlar gedir

0
649

Ermənistan hüquq-mühafizə orqanları silahlı çevriliş cəhdində ittiham olunaraq həbs olunan keçmiş səhra komandiri, radikal müxaifətçi Jirayr Səfilyanın evində və onun rəhbəri olduğu “Əlahiddə Şuşa batalyonu veteranları” ictimai birliyinin ofisində axtarışlar aparır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Səfilyanın tərəfdarları arasında yeni həbslər də gözlənilir.  Müxalif deputat Zarui Postancyan Səfilyanın evinə gedib, ancaq onu içəri buraxmayıblar.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin yaydığı bəyanata əsasən Səfilyan və tərəfdarları Qarabağda aprel döyüşlərindən sonra Ermənistanda silah yoluyla hakimiyyəti ələ keçirməyi planlaşdırıb, bu məqsədlə dövlət binalarına, o cümlədən teleqülləyə hücum etmək üçün hazırlıqlar görüb.

*   *   *14:52

Yerevanda müxalifət lideri Jirayr Səfilyan tutulub. Hüquq-mühafizə orqanları dövlət çevrilişi cəhdi barədə bildiriblər. Səfilyan odlu silahın aşkarlanması ilkə bağlı cinayət işinə görə tutulub.

Virtualaz.org xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” portalı yazıb.

Mayın 20-də Sisernakaberd şosesində yol-nəqliyyat hadisəsi baş vermişdi. Maşınlardan birində 2 ədəd AK-74 avtomatı və 120 patron tapılmışdı. Tutulanların şəxsiyyəti və silahın qeyri-qanuni dövriyyəsinin təfərrüatları müəyyən olunub.

İndi istintaq bildirir ki, Jirayr Səfilyan bir qrup şəxslə “silahlı hücumlar vasitəsilə binaların, tikililərin, rabitə vasitələrinin və kommunikasiyaların, həmçinin Yerevandakı teleqüllənin ələ keçirilməsini planlaşdırıb və bu məqsədlə silah və sursatların alınması, onların daşınması və saxlanması həyata keçşirilib”. Bir sıra hərəkətləri aprel müharibəısindən sonrakı dövrdə etmək nəzərdə tutulurmuş.

Cinayət işi çərçivəsində 8 şəxsə ittiham irəli sürülüb, onlardan 6 nəfəri həbs edilib. Bir nəfər axtarışa verilib.

Qeyd edək ki, Jirayr Səfilyan Şuşa xüsusi batalyonunun keçmiş komandiridir, podpolkovnikdir və “Təsis parlamenti” müxalifət hərəkatının liderlərindən biridir.

Səfilyan həmçinin dörd günlük müharibədə cəbhənin yalnız şimal-şərq istiqamətində ermənilərin 7 milyon kvadrat metr ərazi itirdiklərini söyləmişdi.

BIR CAVAB BURAXIN