2010-2017-ci illərdə Ermənistan ordusu qeyri-döyüş şəraitində 296 hərbçi itirib. Medianfo.az-ın Vestikafkaza.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə “Dünya Dialoqu” təşkilatının hazırladığı hesabatda deyilir.
Hesabatda Erməistan ordusunun qeyri-döyüş şəraitində verdiyi itkilərin daxili amillərlə, o cümlədən kriminal, çağırışçıların səhhətində problemlərlə, hərbi hissələrdə cəzasızlıq mühiti, habelə silahdan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə əlaqəli olduğu qeyd edilib.
Sənəddə bildirilir ki, ötən müddət ərzində Ermənistan ordusunda 69 intihar, 56 qətl, 90 bədbəxt hadisə baş verib. 39 əsgər təhlükəsizlik texnikasının pozulması, 16 əsgər səhhətindəki problemlərə görə, habelə 9 əsgər səhlənkarlığı səbəbindən dünyasını dəyişib. 17 nəfər əsgərin ölüm səbəblərini isə müəyyən etmək mümkün olmayıb.