Ermənistan xüsusi xidməti orqanlarına satılan iki xainin miskin hekayəsi – sensasion faktlar

0
1098

Dünyaya azərbaycanlılarla sülh istəməsi barədə car çəkən, özlərini qədim və zəngin mədəni irsə sahib olan millət kimi təqdim edən ermənilərin əsl xislətini onlarla qonşuluqda yaşamağa məcbur olmuş xalqlar yaxşı bilir.

Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş, Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinə iddialar sürmüş, Abxaziyadan abxazları sıxışdırıb çıxartmış, Cənubi Qafqazda yaşayan ləzgilərin milli heysiyyəti ilə oynamağa çalışmış ermənilərin Azərbaycan talışlarını da öz oyunlarında istifadə etdiyi sirr deyil. 90-cı illərin əvvəlində ölkəmizdə olan siyasi hərc-mərcliyin nəticəsində qarşılaşdığımız və indiyədək davam edən problemlərdən biri də Rusiya və digər xarici ölkələrdə məskunlaşmış bəzi talış mühacirlərin Ermənistan xüsusi xidmət orqanlarının toruna düşərək öz mərd həmyerlilərini də Azərbaycana qarşı xain işlərə cəlb etməyə çalışmasıdır.

ələkrəm hummətov ile ilgili görsel sonucu

Ələkrəm Hümmətov

Belə mühacirlərdən biri Bakı Dövlət Universitetinin müəllimi Fəxrəddin Abbaszadədir. Məlumdur ki, o, 1993-cü ildə AXC təsisçilərindən biri Ələkrəm Hümmətovun Əbülfəz Elçibəyə qarşı çıxmasından sonra Azərbaycanın cənub rayonlarında cəhd etdiyi “qarapapaqların” silahlı qiyamına dəstək verdikdən sonra özünü talış təəssübkeşi kimi tanıtmağa çalışmışdır. Nə 1993-cü il uğursuz qiyamı, nə də ki, onu dəstəkləmiş Fəxrəddin Abbaszadə talışların maraqlarını müdafiə etmirdi. Əgər o qiyam Ələkrəm Hümmətovun Elçibəyin nəzarət etdiyi AXC-nin daxilində fərqli dəstəyə qoşulması və siyasi oyunbazlığı idisə, Abbaszadənin də qiyamdan sonra yeganə ümidi gəlirli bir vəzifəyə yiyələnmək olmuşdur. Amma bilirsiniz ki, bu, baş tutmadı. Mərd Lənkəran övladları qiyamı da, onun dəstəkçilərini də özləri yerinə otuzdurdular. İllər keçəcək, Ələkrəm Hümmətov özü Hollandiyadan Ermənistana gedəcək, habelə, Qarabağda döyüşməyə cəsarət etməmiş Fəxrəddin Abbaszadə Ermənistan xüsusi xidmət orqanları ilə işbirliyinə gedərək, doğulduğu Lerik rayonuna, talışlara və bütövlüklə Azərbaycana xəyanət edəcək.

Fəxrəddin Abbaszadə ile ilgili görsel sonucu

Fəxrəddin Abbaszadə Ermənistanın xüsusi xidmət orqanlarının diqqətini hələ 90-cı illərin sonlarında cəlb etmişdir. 1998-ci ildə Ermənistanda saraydaxili siyasi çevriliş nəticəsində Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmağın tərəfdarı olmuş prezident Levon Ter-Petrosyan istefaya məcbur edilmiş və bu ölkədə hakimiyyət Qarabağ separatçılarının əsas şəxsləri Robert Köçəryan və Serj Sərkisyanın əlinə keçmişdir. Bu həmin dövr idi ki, prezident Heydər Əliyevin çevik siyasəti ilk nəticələrini verməyə başlayır; Azərbaycan öz enerjidaşıyıcılarını müstəqil şəkildə Qərbə ixrac etməyə, ölkəmizin ərazisindən keçəcək “İpək Yolu” tranzit layihəsi ideyası formalaşmağa başlayırdı. Respublikanın müstəqil xarici siyasət kursunu gözü götürməyən bəzi iri dövlətlər və onların əlaltısı yeni Ermənistan hökuməti Azərbaycanı ən vacib yerindən – ölkədəki millətlər arasındakı əmin-amanlıqdan – vurmaq üçün Fəxrəddin Abbaszadə kimilərə ehtiyac duymağa başladı.

2002-ci ildən etibarən Abbaszadə yaşadığı Sankt-Peterburq şəhərində ermənilərin maliyyə dəstəyi ilə “Toliş” adlı qəzetin nəşrinə başlayır. O, həmin dövrdə verdiyi müsahibələrdə İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası ilə sıx işlədiyini gizlətmir, bu kafedranın pərdəsi altında yaradılmış “Qafqaz İranşünaslıq Mərkəzi”nin rəhbəri Qarnik Asatryanla münasibətləri barədə açıqlamalar verirdi.

Qarnik Fəxrəddin ile ilgili görsel sonucu

Fəxrəddin Abbaszadə və Qarnik Asatryan 

Qarnik Asatryan kimdir? Rəsmi məlumatlarda onun haqqında yazılıb ki, 1996-cı ildən İran hökumətinin maliyyələşdirdiyi “Qafqaz İranşünaslıq Mərkəzi”nə rəhbərlik edir, talışlar, kürdlər və Türkiyə barədə çoxsaylı materialların müəllifidir – elm adamı, şərqşünasdır. Əslində elə deyil – 1955-ci ildə Tehran şəhərində SSRİ DTK-sı tərəfindən himayə olunan “Tude” solçu partiyasının funksionerinin ailəsində anadan olmuş Asatryanın bütün ömrü əvvəlcə SSRİ, sonra isə Ermənistan xüsusi xidmət orqanları ilə bağlı olmuşdur. O, elə Ermənistan elm adamlarının arasında da eləcə tanınmışdır. Sovet dövründə Asatryan İranşünas alim kimi formalaşaraq DTK-nın İrana qarşı olan tapşırıqlarını icra edirdi. SSRİ dağıldıqdan sonra Ermənistan xəfiyyəsi onun vəzifələrini korrektə etmişdi: indidən sonra o, Azərbaycana qarşı fəaliyyət göstərməli idi. Qarnik Asatryan Ermənistan xüsusi xidmət orqanlarının kadr zabitidir və bu fakt Fəxrəddin Abbaszadəyə onun 2005-ci ildə Ermənistana ilk səfəri zamanı məlum oldu. Lakin o, nəinki onunla əlaqəni kəsmədi, tam əksinə, talışlar adından Azərbaycana qarşı yeni təxribatlara razılaşdı və bu işlərə razılaşa biləcək özü kimi digər mənəviyyatsız soydaşlarımızın axtarışına başladı.

2000-ci illərin ortalarından Rusiya və işğal olunmuş Qarabağ ərazisində təşkil olunmuş bütün təxribatçı talış kampaniyaları, İrəvandakı talış dili konfransları, “Talışstan Səsi” radiosunun yayımı, “Talış Milli Televiziyasının” fəaliyyəti və talış milliyyətli bəzi mühacirlərin Ermənistana çıxarılması Asatryan-Abbaszadə tandeminin səyləri ilə mümkün olmuşdur. Bu tandemdə Qarnik Astryanın təmsil etdiyi Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda milli-irqi düşmənçiliyin salınmasına çalışırdısa, Fəxrəddin Abbaszadəni yalnız pul maraqlandırırdı.

Zabil - Qarnik (1).JPG (22 KB)

Ermənistanda keçirilən kampaniyalarda bu ölkə xəfiyyəsinin digər bir əməkdaşı da xüsusi canfəşanlıq edirdi – Ermənistan hərbi kəşfiyyatının polkovniki Artur Aznavuryan. Lakin Asatryandan fərqli olaraq onun pərdəsi elə də yaxşı təşkil olunmamışdı. Ona görə, Ermənistan xüsusi xidmət orqanları xainlərin sıralarını genişləndirmək tapşırığını Fəxrəddin Abbaszadəyə Qarnik Asatryan vasitəsilə çatdırıblar. O isə namizəd kimi Rusiyada yaşayan və maddi baxımdan korluq çəkən Zabil Məhərrəmovu təklif edir.

Zabil ile ilgili görsel sonucu

Zabil Məhərrəmov

Ermənilər Zabil Məhərrəmovu cüzi məbləğ müqabilində əməkdaşlığa cəlb edirlər. O “Talış Milli Televiziyasının” verilişlərinin hazırlanmasında iştirak etməyə başlayır və İrəvana köçür. Yuxarıda qeyd olunduğu kimi, bu layihənin də kuratoru Qarnik Asatryandır. Lakin Zabil Məhərrəmov Fəxrəddin Abbaszadədən fərqli olaraq xeyli aşağı səviyyəli intellektual potensiala malik olduğuna görə onun televiziya çıxışlarının mətnlərini Abbaszadə mütləq yoxlayır və redaktə edirdi. Fəxrəddin Abbaszadə həmçinin bu televiziyanın verilişlərində “Talış milli hərəkatı” adından yayımlanan verilişlərin hazırlanmasını birbaşa özü həyata keçirirdi. Erməni kuratorlarının verdiyi az miqdarda vəsait Abbaszadə ilə Məhərrəmov arasında vaxtaşırı olaraq pul söhbətlərinin yaranmasına səbəb olurdu. Abbaszadə isə az pulun verilməsini Ermənistan xüsusi xidmət orqanları ilə bağlayırdı. Digər tərəfdən, talış diasporunda və Azərbaycandakı talışlar arasında ermənipərəst mövqeyinə görə tam rüsvay olunmuş Zabil Məhərrəmov ağır psixoloji duruma düşmüşdü. Son nəticədə Zabil Məhərrəmov Qarnik Asatryanla pul söhbəti edir və sonuncu onun gördüyü işin müqabilində məvacibini cüzi artırır.

Ən maraqlısı isə bu zaman baş verir. Zabil Məhərrəmovu Ermənistandan buraxmaq istəməyən xüsusi xidmət orqanları onun azyaşlı erməni qızını zorlamasını sənədləşdirirlər. Ciddi və rüsvayçı ittihamla üz-üzə qalmış Zabil Məhərrəmov Asatryana müraciət etməli olur və sonuncu məsələnin ört-basdır edilməsində köməkliyini vəd edir. Çox güman ki, Zabil Məhərrəmov İrəvanda qalıb fəaliyyətini davam etdirməli olacaqdı. Lakin bu zaman Ermənistan xüsusi xidmət orqanları Z.Məhərrəmovun RF vətəndaşı olduğunu nəzərə alaraq, onun ətrafında bu prosesi dayandırmağa qərar verir və Zabil Məhərrəmov İrəvandan Moskvaya getməyə müvəffəq olur (bəzi məlumatlara əsasən, Ermənistan hərbi kəşfiyyatının əməkdaşları ona qadın paltarı geyindirir, aşağılayır və bu səhnəni videoya çəkirlər). Buna baxmayaraq, barəsində Ermənistanda çoxlu nüfuzdansalıcı məlumatların olduğunu bildiyinə görə Z.Məhərrəmov Rusiyada ola-ola Asatryanın kuratorluq etdiyi layihələrə köməklik edir. Bu dəfə demək olar ki, pulsuz, təqib oluna biləcəyindən qorxduğuna görə.

Ermənistan xüsusi xidmət orqanlarının Qarnik Asatryan və Fəxrəddin Abbaszadə vasitəsilə talışlara qarşı çirkin oyunlarının tarixi bununla bitmir. Onlar müxtəlif əfsanələr altında mühacirətdə yaşayan həmvətənlərimizə qarşı əməllərini hələ bir müddət davam etdiriblər.

Təəssüf ki, ermənilərin Azərbaycandakı talışları “azad” edəcəyi barədə yalançı vədlərinə inananlar olub və bu insanlar barədə bizim araşdırmamızın davamı gəlir…

“Yeni Müsavat”ın informasiya və təhlil şöbəsi