Ermənistan üçün çətin seçim: “Bu, sonuncu xəbərdarlıq ola bilər

0
1796

Postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı dəfələrlə təxribatlar törətdiyinin şahidi olmuşuq. 

Bu isə rəsmi İrəvanın üçtərəfli Bəyanatlarda üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini göstərir. Son zamanlarda sərhəddə baş verən hərbi təxribatlar da bunun əyani sübutudur.

Prezident İlham Əliyev dünən Füzulidə səfərdə olarkən bu məsələyə toxunaraq, Ermənistanın bütün təhdidlərinin qarşısının alınacağını bildirib:

“Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Qeyd edək ki, Prezidentin bu bəyanatı Ermənistan üçün sonuncu xəbərdarlıq kimi qiymətləndirilir.Rəsmi İrəvan unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir və qalib Azərbaycan Ordusu daima Müzəffər Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirmək üçün hazırdır.

Çünki erməniləri qızışdıranların sayı hər gün bir az daha artır. Yəni dünənə qədər bu məsələdə Rusiya birinciliyi əldə saxlayırdısa, bu gün artıq Fransa ermənilərə liderlik etməkdə iddialıdır. Bu nöqteyi-nəzərdən Azərbaycan və Ermənistan arasındakı məsələlərin siyasi müstəvidə həll olunması üçün aparılan danışıqlar prosesi ləngiyir. Hətta danışıqlar prosesinin baş tutmayacağını belə demək mümkündür. Ona görə də Ermənistan seçim etməlidir.

 

Gülnaz Məmmədova – Zərdab Rayon Mərkəzşləşdirilmiş Kitabxana Sisteminin işçisi