Ermənistan hansı fəlakətlə üzləşdi.

0
580
 

Son 12 ayda Ermənistanda daimi yaşayan əhalinin sayı təxminən 13 min nəfər azalıb. Bu barədə “Azadlıq” radiosunun erməi xidməti iyunun 6-da ölkənin milli statistika xidmətinə istinadla xəbər verir. Xidmətin yaydığı son məlumata görə, bu il aprelin 1-dək Ermənistan əhalisinin sayı 2 milyon 981 min nəfər olub. Əvvəlki ilin eyni dövrü ilə müqaisədə isə əhalinin sayı 2 milyon 994 min nəfər idi.

Müxalifətdə olan “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyansa deyir ki, qeydiyyatda olan vətəndaşların sayının azalmasına de-yure ixtisar deyilir. Amma əslində ölkədəki demoqrafik vəziyyətin real dinamikasını il ərzində ölkəni nə qədər adamın tərk etməsi ilə bağlı rəsmi rəqəmlər əks etdirir.

 

Zurabyan deyir ki, bu məlumatlara nəzər salanda 2016-cı ilin immiqrasiya baxımından rekord olduğunu görürük və Ermənistan Respublikasının rəsmi sənədlərində bu rəqəm 54 min nəfər göstərilir. Zurabyan ölkədə demoqrafik vəziyyətin faciəvi həddə çatdığını, ölkədə doğum həddinin də demək olar ki, hər il azaldığını vurğulayır.

O deyir ki, 2016-cı ilin birinci rübündə Ermənistanda 9125 uşaq doğulduğu halda bu ilin eyni rübündə ölkədə 8534 uşaq doğulub.Mənbə yazır ki, bu cür statistikaya baxmayaraq ölkə prezidenti Serj Sarkisian bu yaxınlarda uzunmüddətli planlar və gözləntilərdən danışarkən deyib ki, 2040-cı ildə Ermənistanda əhalinin sayını azı 4 milyon nəfərə çatdırmaq lazımdır. Zurabyansa deyir ki, əgər immiqrasiya təbii artımla kompensasiya edilmirsə, onda Ermənistan ciddi demoqrafik böhran, demək olar ki, fəlakətlə üzləşib.

BIR CAVAB BURAXIN