“Ermənistan Azərbaycana təzyiq vasitəsi rolunu oynayır” – Şahnazaryan

0
619

“Düşünürəm ki, apreldə baş vermiş müharibədən nə hərbi, nə də siyasi nəticələr çıxara bildik”.
APA-nın “kavkasia.net” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan “Qarabağ problemi və onun demokratikləşmə və daxili hadisələrə təsiri” mövzusundakı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
D. Şahnazaryan bildirib ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısının ordu olması düşüncəsi hakim olduqca, vəziyyət belə də davam edəcək: “Ordunun rolu vacibdir, lakin ölkə təhlükəsizliyi təkcə silahlı qüvvələrə əsaslanmır. Biz anlamalıyıq ki, bu, ilk növbədə bizim xarici siyasətimiz və ya bugünkü geosiyasi orientasiyamızla bağlıdır. Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq. Başqa sözlə, rus əsgərlərini Qarabağ münaqişəsi zonasında yerləşdirmək üçün vasitə olmaq”.
D. Şahnazaryanın sözlərinə görə, son vaxtlar Rusiyada dövlət səviyyəsində Ermənistanın və ermənilərin xalq, millət, dövlət kimi ləyaqəti təhqir olunur: “Mən sadəcə, bildirmək istəyirəm ki, Ermənistan və Rusiya Federasiyasının heç bir ümumi marağı mövcud deyil”.

BIR CAVAB BURAXIN